İçindəkilər
Semantik SEO nədir ? Azərbaycan dilində Semantik SEO-nun izahi
Keçən günlərdə ümumi SEO və SEO-nun növləri ( On Page,Off Page ) haqqında danışmışdıq.Bildiyiniz kimi Google hər keçən gün istifadəçilərə uyğun günvəllənmələr edir və onların axtardıqları məlumatları məhz Google vasitəsi ilə tapa bilmələri üçün yeniliklər gətirir.Bu gün məhz bu baxımdan önəmli olan Semantik SEO haqqında danışacağıq.
Semantic SEO açması – Semantic Search şəklində olub anlamlı axtarış kimi dilimizə tərcümə edilən və 2003 cü ildən Google tərəfindən istifadəyə verilən sistemdir.Burada Google üçün əsas məqsəd istifadəçilərin suallarına daha sürətli və uyğun cavabı təqdim edə bilməkdir.Semantik SEO zamanı istifadə etdiyimiz açar sözlərin sinonimlərini və ona bənzər ifadələrini mətndə göstərmək əsas hədəfimizdir.Lakin diqqət etmək lazımdır ki açar söz həmçinin bənzər ifadələrin işlədilməsində normanı aşmamalıyıq,belə olan halda Google tərəfindən yazı spam və ya bot olaraq qiymətləndirilə bilər.Azərbaycanda Semantik SEO-da günümüzdə çox istifadə edilən növlərdən biridir.Semantik SEO zamanı istifadəçilərin axtardığı suallara uyğun ən dolğun və ən düzgün cavabı təqdim edirik.Daha açıq desək Semantik SEO-da əsas məqsəd istifadəçi üçün hazırlanmış bloglar və yazılardır.Google etdiyi yeniliklərə əsasən yazılı axtarış sistemindən əlavə səsli axtarış metodunu da aktiv edib və Semantik SEO da məhz bu sistem üçün çox əlverişlidir.Belə ki eyni mövzunun səsli axtarış zamanı fərqli yəni sinonimi ilə əvəz edilməsi halı baş verərsə Semantik SEO ilə Google botları istifadəçiyə ən uyğun nəticəni verə bilir.
Semantik SEO Nə Üçün Edilir ? SEO edərkən diqqət etməli olduğumuz əsas nüanslar :
Ümumiyətlə SEO edərkən diqqət etməli olduğumuz əsas nüans düzgün açar sözləri ilə daha oxunaqlı mətnlərin hazırlanmasıdır.Bu zaman da istifadəçi saytımızda daha çox vaxt keçirdəcək və saytımızın Bounce Rate ( Tərk etmə faizi ) aşağı olacaq,bu da saytınızın SERP ( Search Engine Result Page ) də yəni Google Orqanik Nəticələrdə ön sıralarda görünməsinə kömək edəcək.
Semantik SEO-nun nə olduğunu bildiyimizə görə indi Semantik SEO-nun əsas məqsədinə baxacağıq.Öncədən də bildirdiyimiz kimi istər beynəlxalq şirkətlər olsun istər Azərbaycanda semantik seo texnikasından istifadə edilir.Semantik SEO istifadəsində əsas məqsəd orqanik axtarış nəticələrində ön sırada top 1 və ya Rank ZERO adlanan yəni axtarış zamanı birinci çıxan hissədə görünməkdir.
Bir daha qeyd edirik ki,Semantik SEO istifadəçinin axtardığı suala birbaşa aydın və dolğun cavab verən mətnin hazırlanmasıdır.Lakin SEO a uyğun mətn hazırlayarkən də diqqət etməli olduğunuz bir neçə nüansıdı da unutmayın :
- Hazırlayacağınız mətn nə dərəcə maraqlıdır ?
- SEO uyğun mətn nə dərəcə populyardır ?
- SEO a uyğun açar söz araşdırması etmişikmi ?
- Açar sözlərin sinonimlərini çıxarmışıqmı ?
- Mətnimiz nə dərəcə oxunaqlı və dolğundur ?
SEMANTİK SEO uyumlu mətn hazırlayərkən özümüzü istifadəçinin yerinə qoymağımız mətnin daha dolğun və anlaşılan dildən olmasına kömək edəcək.
Semantik SEO Necə Edilir ? Semantik SEO zamanı nələrə diqqət edək ?
Unutmayın ki,orqanik axtarış nəticələrində ön sıralarda görünmək veb saytınızın işləkliyi baxımdan çox fayda verəcək və bu gələcək dönəmlərdə maddi qaynaq olaraq da sizə geri qayıda bilər.Semantik SEO uyğun kontentlərin hazırlanması,bloq yazılarının yazılması,Semantik SEO uyğun açar söz araşdırılması üçün bizə müraciət edə bilərsiniz.
Semantik SEO edərkən ilk olaraq saytımızda hazırlayacağımız kontenti müəyyənləşdirməliyik.Ümumiyətlə kontent nə üçün hazırlanılır ? Kontentin əsas oxuyucu kütləsi kimlərdir ? Kontentimiz satış məqsədi iləmi hazırlanır yoxsa sadəcə məlumat xarakterlidirmi ? Bütün bunları müəyyənləşirdikdən sonra SEO açar söz araşdırılması edilməlidir.Açar söz araşdırılması üçün ödənişsiz olaraq Google ADS KEYWORD PLANNER – alətindən istifadə edə bilərik.Bu zaman siz ölkəyə görə yazacağınız mövzu da istifadəçilərin ən çox hansı sözlərlə axtarış etdiklərini öyrənməlisiniz.Bundan başqa Google axtarış butonuna mövzunun adənə yarımçıq yazaraq Google tərəfindən təklif edilən digər sözləri də özünüzdə qeyd edə bilərsiniz.
Əlavə olaraq siz açar söz araşdırılmasında ödənişli tools ( yəni alətlər ) dən də yararlana bilərsiniz.Bunlardan ən populyar olanı Ahrefs,Semrush,Moz tövsiyə edirik.
Semantik SEO üçün 5 əsas addım :
- Semantik SEO edərkən həmçinin mətndə H-başlıq və alt etiketlərinin olmasına diqqət etmək lazımdır.Xüsusən şəkil əlavə edərkən ALT TAG– mütləq qeyd edilməlidir.Bu Google botlarına şəklin nə haqqında olduğunu öyrənməyə kömək edəcək.
- Semantik SEO zamanı mətnin plagiat,kopya olmaması Google üçün çox önəmlidir.Orjinal yazılmış mətnlər Google tərəfindən yüksək qiymətləndirilir və spam sayılmır.
- SEO edərkən çox olmamaq şərtilə daxili linkləmə edərək istifadəçini saytda daha çox saxlaya bilər və dolğun informasiya verə bilərsiniz.
- SEO zamanı bir digər önəmli məsələ dildir.Mətniniz orfoqrafik qaydalara uyğun şəkildə yazılmalıdır.
- Ən önəmli məsələ isə açar sözdür.Açar sözlərdən mətndə istifadə edərkən yaxşı olar ki sayına diqqət edəsiz.Açığı bununla bağlı dəqiq rəqəm yoxdur.Lakin mətndə həddən artıq eyni ya da oxşar sözlərin çox olması SEO baxımdan heç də yaxşı deyildir.
Semantik SEO – Axtarış motorları üçün edilən SEO-texnikasının bir növü olub,aktual şəkildə brendlər tərəfindən istifadə edilir.Burada siz həm də yazdığınız bloqlarla uyğun hədəf kütləyə orqanik yolla çatmış olursunuz.Bundan öncə yazdığımız SEO NƏDİR ? məqaləsini də oxumanınızı tövsiyə edirik,burada SEO-nun növlərindən və düzgün seo necə edilməlidir – ondan danışmışıq.